Dünya
Ölkə vətəndaş müharibəsinin BİR ADDIMLIĞINDA
İspaniyanın mərkəzi hökuməti ilə Kataloniya muxtar qurumu arasında gərginlik hərbi müstəviyə keçir.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, İspaniya Müdafiə Nazirliyi Kataloniya sərhədinə hərbi qüvvə toplayır.
Kataloniya parlamentinin sentyabrın 6-da qəbul etdiyi qərar ölkəni vətəndaş müharibəsi həddinə gətirib. İspaniya hökumətindən yüksək vəzifəli bir səlahiyyətli referendumun keçirilməməsi üçün bütün vasitələrdən istifadə olunacağını deyib.
O vurğulayıb ki, muxtar qurumların səlahiyyətlərini donduran və mərkəzi hökumətə keçməsini təmin edən Konstitusiyanın 155-ci maddəsinin Katalonya üçün də tətbiq olunması mümkün variantlardan biridir. Hökumət rəsmisi hərbi müdaxiləni də son variant kimi istisna etmədiyini söyləyib.
Oktyabrın 1-də keçirilməsi planlaşdırılan referendum baş tutarsa və insanların əksəriyyəti müstəqilliyin lehinə səs verərsə yerli qanunvericiliyə əsasən Kataloniya 48 saat ərzində müstəqilliyini elan edəcək.
Ömər Dağlı
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət