Rusiya “bomba var” həyəcanı ilə çalxalanır - 130 min insan TƏXLİYƏ EDİLDİ
Bizi izləyin

Dünya

Rusiya “bomba var” həyəcanı ilə çalxalanır - 130 min insan TƏXLİYƏ EDİLDİ

Bu gün Sankt-Peterburq şəhərində 12 ticarət mərkəzində insanlar təxliyə edilib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb anonim zənglərin “bomba var” xəbərdarlığı olub.

Lakin hüquq-mühafizə orqanları təxliyə edilən obyektlərdə heç bir bomba aşkarlamayıb.

Qeyd edək ki, Rusiyada 5 gündür anonim zəng dalğası davam edir. Zənglərin ən pis vaxtı sentyabrın 12 və 13-də olub. Dünən təhlükə Moskvaya da çatıb. Anonim zənglərdən sonra paytaxtda 50 obyektdən 40,2 min insan təxliyə edilib. Ümumilikdə anonim zənglərə görə indiyə kimi bütün Rusiya ərazisində 420 obyektdən 130 mindən çox insan təxliyə olunub. Lakin bütün xəbərlər əsassız çıxıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bu zənglər həm Rusiya daxilindən, həm də xaricdən edilir.

“Rusiya daxilində belə zəngləri İŞİD qruplaşmasına bağlı olan şəxslər edir. Xaricdən gələn zənglərin haradan olduğu müəyyənləşməyib, lakin Ukraynadan edildiyi ehtimallar var. Bu şəxslər müəyyən ediləndən sonra beynəlxalq axtarışa veriləcək”, - deyə mənbə vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm