Müstəqillik referendumu təxirə salına bilər - TƏKLİF
Bizi izləyin

Dünya

Müstəqillik referendumu təxirə salına bilər - TƏKLİF

ABŞ, İngiltərə, Almaniya, Fransa və BMT nümayəndələri Şimali İraq kürd muxtariyyətinin müstəqillik referendumunun təxirə salınması üçün alternativ təkliflə çıxış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təklif nümayəndə heyətinin muxtariyyətin başçısı Məsud Bərzani ilə görüşdə təqdim olunub.

Bərzani təklifin kürd siyasi partiyalarla müzakirələrdən sonra cavablandırılacağını bildirib. Kürd liderə təqdim olunan təklifin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də müstəqillik referendumunu keçirməyi planlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm