İmperiyanın sürətli çöküşü - ABŞ-ın dağılacağı TARİX AÇIQLANDI - VİDEO
Bizi izləyin

Dünya

İmperiyanın sürətli çöküşü - ABŞ-ın dağılacağı TARİX AÇIQLANDI - VİDEO

ABŞ imperiya kimi artıq XXI əsrin birinci yarısında dağıla bilər.

Publika.az xəbər verir ki, bu haqda “Proses” tok-şousunun efirində Rusiya hökuməti yanında Maliyyə Universitetinin Şiyasətşünaslıq Tədqiqatlarının Mərkəzinin direktoru Pavel Salin bildirib.

“Mən milli dövlət ABŞ-ı və imperiya ABŞ-ı bir-birindən ayırardım. ABŞ bir imperiya kimi artıq tikişləri üzrə bölünür. Burada trend tamamilə aşkardır. Böyük Britaniyaya baxın: imperiya idi, indi milli dövlətdir. Şotlandiyada milli separatizmə baxmayaraq, milli dövlət olaraq Böyük Britaniya üçün heç bir təhlükə yoxdur. Amma Britaniya imperiyası iyirminci əsrin ortalarında dağıldı. Prinsip etibarilə amerikalıları da həmin proses gözləyir. Bu, iyirmi birinci əsrin birinci yarısının məsələsidir”, - ekspert qeyd edib.

Xatırladaq ki, sentyabrda Türkiyənin “Yeni Səfəq” nəşrində Mehmet Şəkərin “ABŞ nə vaxt dağılacaq? başlqlı məqaləsi dərc olunub. Müəllifin fikrincə, ABŞ dünya hegemonluğunun tək nümunəsidir ki, ərazi dəyişikliklərindən narahat deyil. Ancaq yazar əmindir ki, təxribatçıların indiki siyasəti fonunda ABŞ-ın dağılması qaçılmazdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm