• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Donetsk” batalyonu pusquya düşdü – FOTO (YENİLƏNİB)

  • Dünya
  • 23 May 2014 11:31
  • 770 Baxış
“Donetsk” batalyonu pusquya düşdü – FOTO (YENİLƏNİB)

Donetsk vilayətinin Karlovka rayonu ərazisində hazırda şiddətli döyüşlər gedir.

11:31

S.Semençenko döyüş gedən əraziyə Ukrayna ordusunun zirehli maşınlarının yaxınlaşdığını və qarşı tərəf üzərində üstünlük əldə etdiyini bildirib.

“Donetsk” batolyonu terrorçuların pusqusundan çıxarılıb. Bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

11:04

Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, könüllülərin yaratdığı “Donetsk” özünümüdafiə batalyonu terrorçular tərəfindən pusquya salınıb.

Batalyon komandiri Semyon Semençenko “facebook” səhifəsində 9 yaralının olduğunu bildirib.

"Terrorçular batalyona qarşı avtomat, snayper və RPQ qumbaraatanlardan istifadə edir. Geri çəkilə bilmirik. Yaxınlıqda olan hərbi hissələrdən kömək xahiş edirik. "Krasnoarmeyskin 15-ci kilometrliyində Ukrayna ordusunun 4 zirehli maşınının olduğu post var. Bizə zirehli maşın verin. Öz silahlılarımıza yaxınlaşa bilmirik, snayperlər işləyir”, batalyon komandiri yazıb.

Semençenko bildirib ki, yardım xahişi ilə ordu güclərinin komandanlığına etdiyi telefon zənglərinə cavab verilmir. Yaralanan 9 döyüşçünü isə xəstəxanaya çatdırmaq mümkün olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR