Uşaq düşərgəsində yanğın: 3 uşaq yandı - VİDEO
Bizi izləyin

Dünya

Uşaq düşərgəsində yanğın: 3 uşaq yandı - VİDEO

Ukraynanın Odessa şəhərində uşaq istirahət düşərgəsində yanğın baş verib. Yanğın nəticəsində 3 uşaq ölüb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Milli polisinin nümayəndəsi Ruslan Forostyak bildirib.

"İlkin məlumata görə, yanğın nəticəsində 3 uşaq ölüb”, R.Forostyak yazıb.

Bundan əvvəl 1 uşağın öldüyü, 3-ün xəsarət aldığı, daha 3-ün isə itkin düşdüyü bildirilirdi.

"Viktoriya” istirahət düşərgəsində güclü yanğın sentyabrın 16-a keçən gecə baş verib. Yanğın baş verən zaman düşərgədə ümumilikdə 150 uşaq olub. Hazırda yanğın tamamilə söndürülüb. İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm