• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Polis 38 tələbəni həbs etdi – VİDEO

  • Dünya
  • 23 May 2014 11:22
  • 436 Baxış
Polis 38 tələbəni həbs etdi	– VİDEO

Türkiyə polisi Egey Universitetinin tələbələrinin keçirdiyi aksiyanı dağıdıb. Polis müdaxiləsi zamanı 38 nəfər həbs olunub.

Publika.az xəbər verir ki, İzmirin Bornova rayonundakı aksiyalara polis müdaxilə etdiyi üçün tələbələr Egey Universitetinin nəzdində olan Xarici Dillər Fakültəsini işğal edib. Qapıları zəncirləyən tələbələr dəhlizlərdə stul və stollardan ibarət barrikadalar qurub. Yerli vaxtla saat 01:00-da polis qəfil müdaxilə edib. Müdaxilə vaxtı polisə bir helikopter havadan dəstək verib. Polisin gəldiyini görən tələbələr universitetin damına çıxıblar. Polis tələbələrə bibər qazı ilə müdaxilə edib. Nəticədə 38 tələbə həbs olunub.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR