Hibrid müharibəsinin Allahı Bakı görüşündən sonra hücuma keçdi – Polşa-Rusiya sərhədində DÖYÜŞ
Bizi izləyin

Dünya

Hibrid müharibəsinin Allahı Bakı görüşündən sonra hücuma keçdi – Polşa-Rusiya sərhədində DÖYÜŞ

Belarus meşələrində Rusiya tankları, zirehli texnikası və əsgərləri Qərbə doğru döyüş mövqeyini alıb. Baltika dənizində hərbi gəmilər manevrlər edir. Desantçılar təyyarələrlə uçuşa hazırlaşır. Rəqib kimdir, müharibə kiminlə aparılır? Davakar Veyşnoriya dövləti və onun təsirində olan terrorçular. Bu, Qərbin maliyyələşdirdiyi və Rusiyanın stabilliyini pozmağa çalışan dövlətdir.

Publika.az
xəbər verir ki, bu barədə “The Financial Times” nəşrinin Rusiya və Belarusun “Qərb-2017” təlimləri haqda məqaləsində deyilir.

Veyşnoriya uydurulmuş ölkədir. Nəşr yazır ki, əslində Rusiyanın hədəfi Qərbdir: “NATO-nun əsəbiləşmiş generalları danışırlar ki, gücün belə nümayişi Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Valeri Gerasimov tərəfindən hazırlanmış “hibrid müharibəsi”nin konsepsiyasını əks etdirir. Susqun Gerasimov nadir hallarda meydana çıxan nümunəvi generaldır. Rusiya müdafiə naziri Sergey Şoyqu bir dəfə onu “saçlarının dibinə qədər hərbiçi” adlandırmışdı”.

Maraqlıdır ki, Rusiyanın ABŞ və NATO ilə Bakıda apardığı qapalı danışıqları da müdafiə naziri Sergey Şoyqu yox, məhz Gerasimov aparırdı. Və görünür, sentyabrın 7-də NATO generalı Petr Pavellə Bakıda görüşən Gerasimov hibrid müharibəsinə başladı.

Nəşr qeyd edir ki, Şoyqu daha çox siyasətçiyə çevrilmiş generalı xatırladır və hərbi məsələlərdə əsasən keçmiş tankçının – Gerasimovun məsləhətlərinə qulaq asır.

“Şoyqu gitarada mahnını əla çalır, arxa planda isə Gerasimov oynayır”, - deyə məqalədə bildirilir.

“The Financial Times” generalların Bakı görüşünü də xatırladır: “Cənab Gerasimov ötən həftə NATO-nun Hərbi komitəsinin sədri Petr Pavellə görüşdü və ona inandırmağa çalışdı ki, “Qərb-2017” təlimləri müdafiə xarakter daşıyır, başqa ölkələrə qarşı yönəldilməyib. Lakin Polşada və Baltikyanıda çoxları hesab edir ki, Gerasimov gizli oyun oynayır və onlar üzərində də Ukrayna ssenarisini həyata keçirəcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm