Ukraynda toqquşmalar şiddətlənir–16 ölü, 30-dan çox yaralı
Bizi izləyin

Dünya

Ukraynda toqquşmalar şiddətlənir–16 ölü, 30-dan çox yaralı

Prezident seçkisinə hazırlaşan Ukraynanın şərqində və cənub bölgəsində toqquşmalar şiddətlənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Volnova qəsəbəsinə separatçıların hücum etdiyini və Ukrayna ordusuna mənsub 12 nəfərin öldüyünü deyib.

Ağır artilleriya və avtomatlarla atəş açıldığını qeyd edən Turçinov 20-dən çox yaralının olduğunu bildirib. Donetsk milisi isə Volnovadakı toqquşmalarda 16 nəfərin öldüyünü , 32 yaralının olduğunu açıqlayıb. “İnterfax”a danışan mənbə ölənlərin hamısının Ukrayna ordusuna aid olub-olmadığından əmin olmadıqlarını deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm