ABŞ İŞİD-i dəstəkləyir? - İranın sübutu var
Bizi izləyin

Dünya

ABŞ İŞİD-i dəstəkləyir? - İranın sübutu var

İran ABŞ-ın İŞİD terror qruplaşması üzvlərini dəstəkləməsinə dair əlində sübutlarının olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.

"Biz bir neçə il ABŞ-ın komanda mərkəzlərinə daxil olduq və onların nəyi izlədiyini, hara vurduğunu, nəyin yanından keçdiyini və İŞİD-i necə dəstəklədiklərinin şahidi olduq", - deyə o, yerli KİV-ə söyləyib.

Komandanın sözlərinə görə, əgər İİKK Amerikanın terrorçuları dəstəkləməsinə dair sübutların işıqlandırılmasına icazə alsa, onların fəaliyyəti Yaxın Şərqdə ABŞ üçün "böyük qalmaqal"la nəticələnəcək. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm