NATO rəhbərinin köməkçisi: “Aİ Türkiyəni uzaqlaşdırmamalıdır”
Bizi izləyin

Dünya

NATO rəhbərinin köməkçisi: “Aİ Türkiyəni uzaqlaşdırmamalıdır”

Avropa İttifaqı Türkiyənin üzvlüyü məsələsinə ehtiyatla yanaşmalıdır və bu ölkənin heç vaxt Aİ üzvü olmayacağı kimi bəyanatlar verməməlidir. Bunu NATO baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib.

“Bir vaxtı qəbul etmək çox vacibdir: əgər hər hansı ölkə Avroatlantik və Avropa qurumlarına üzv olmağa can atırsa, perspektivi və mümkün zaman çərçivələrini saxlamaq vacibdir ”, deyə T.İldem bildirib.

Onun sözlərinə görə, “Türkiyənin üzvlüyü ilə əlaqədar danışıqlardakı hazırkı vəziyyət ölkədə narazılıq və məyusluğu xeyli artırıb”.

“Türkiyə Aİ-yə üzv olmaq niyyətini hələ 1963-cü ildə bəyan edib və o vaxtdan da blokun kandarında qalmaqdadır. Belə hallarda üzvlük məsələsinə ehtiyatla yanaşmaq, düşünürəm ki, daha müdrik addım olardı. Həmin ölkələrin əhalisi arasında bu bloklara heç vaxt üzv olmayacağına dair əminlik yaratmaq olmaz”, - deyə T.İldem qeyd edib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm