Türkiyədən qonşuya mesaj: Müharibə MƏŞQİ BAŞLADI
Bizi izləyin

Dünya

Türkiyədən qonşuya mesaj: Müharibə MƏŞQİ BAŞLADI

Türkiyə Silahlı Qüvvələri bu gün Şırnak vilayətinin Silopi mahalının Habur bölgəsində hərbi təlimlərə başlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təlimlər Şimali İraqa mümkün müdaxiləyə hazırlıq kimi qiymətləndirilir.

Habur sərhəd keçid məntəqəsi Şırnak və Şimali İraq kürd muxtariyyətinin Zaho bölgəsi arasında keçidi təmin edir. Hərbi ekspertləri təlimlərin kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumla eyni ərəfədə olmasına diqqət çəkirlər. Təlimlərin kürd muxtariyyətinin başçısı Məsud Bərzaniyə mesaj olduğu bildirilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəlki bəyanatında Məsud Bərzaninin müstəqillik referendumu barədə qərarını tənqid edib.

“Bildiyiniz kimi, Milli Təhlükəsizlik Şurasının toplantısı bu ayın 27-də olmalı idi, lakin toplantını ayın 22-nə çəkdik. Bunun səbəbi də odur ki, Şimali İraq rəhbərliyi hələ də eyni anlayış içindədir. Burada biz narahat edən proses gedir. Proseslə bağlı fərqli yanaşmamız var. Dara düşəndə hər zaman qapımızı döyərək dəstək alacaqsan, amma məsələ İraqı parçalamağa gələndə, bildiyin kimi edəcəksən. Uşaqlıq hekayəsidir, belə şey olarmı?” – Türkiyə prezidenti deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm