"Mariya" qasırğası güclənir
Bizi izləyin

Dünya

"Mariya" qasırğası güclənir

Atlantik okeanı üzərində formalaşan "Mariya" qasırğası beş ballıq cədvəl üzrə təhlükəli 4-cü dərəcəyə qədər güclənib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Xəbərdarlığı Milli Mərkəzi məlumat yayıb.

"Mariya" 4-cü dərəcəli olduqca təhlükəli qasırğaya çevrilib. Qasırğanın mərkəzi və daxili dairəsi, gözlənildiyi kimi, qarşıdakı bir neçə saat ərzində Dominika ərazisinə keçəcək", - deyə məlumatda bildirilir.

Qasırğanın daxilində küləyin daimi sürəti saatda 215 kilometrə çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm