Saakaşvili Kiyevə gəldi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Saakaşvili Kiyevə gəldi – SON DƏQİQƏ

Publika.az bildirir ki, Odessa əyalətinin keçmiş qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevə gəlib. Bu haqda siyasətçinin mətbuat katibi Darina Çij məlumat yayıb.

Daha əvvəl Saakaşvili bəyan etmişdi ki, 17 oktyabrda Kiyevdə 3 tələb irəli sürərək çıxış etməyi planlaşdırır.

Xatırladaq ki, Mixail Saakaşvili sentyabrın 10-da öz tərəfdarlarının dəstəyi ilə Polşa-Ukrayna sərhəddini keçərək Ukrayna ərazisinə daxil olub.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm