• USD 1,7000 0,00% EUR 1,9978 -0,46%
    • GBP 2,2839 -0,56% RUB 0,0273 0,00%

Çin bunu da etdi: təkrar istifadə olunan raketlər gəlir

  • Dünya
  • 19 Sentyabr 2017 15:52
  • 448 Baxış
Çin bunu da etdi: təkrar istifadə olunan raketlər gəlir

Çinin“Link Space” müasir texnologiya şirkəti “New Line 1” adlı raket layihəsi hazırlayıb.

Publika.az xəbər verir ki, dövlət və hərbi qurumların heç bir müdaxiləsi olmadan qurulan özəl şirkət 2020-ci ilə qədər təkrar istifadə edilə bilən raket istehsal edəcək.

Layihənin təqdimatında raketin ticarət məqsədilə istehsal ediləcəyi açıqlanıb. Bu, ABŞ-dakı “Space X” şirkətinin “Falcon 9” məhsuluna bənzər kosmik sistem olacaq.

Maye yanacaqla işləyən və iki mərhələli raket olan “New Line 1” 20 metr hündürlüyə, 1.8 metr çapa sahib olacaq. Yeni sistem ölçü baxımından “Space X”dən kiçik olsa da, bütün mexanikası ilə onu təkrarlayacaq.

Sistemin istehsalı isə 45 milyon dollara başa gələcək.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>