“Mavi Mərmərə”də Misir barmağı? – Şok iddia
Bizi izləyin

Dünya

“Mavi Mərmərə”də Misir barmağı? – Şok iddia

“Mavi Mərmərə”də Misir barmağı? – Şok iddia

Doqquz türkün ölümünə səbəb olan “Mavi Mərmərə” hücumunda Misirin barmağı olub.

Publika.az - ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu iddia həmin dövrdə Türkiyənin İsraildəki səfiri olan Oğuz Çelikkol tərəfindən irəli sürülüb.

Məşhur "kreslo böhranı"ndan sonra istefa vermək qərarı verən Oğuz Çelikkol 31 May 2010-cu ildə İsrail əsgərləri tərəfindən həyata keçirilən hücumun ildönümü ərəfəsində hadisə ilə bağlı kitab dərc edib. Keçmiş səfir “Mavi Mərmərə” gəmisində Misir kəşfiyyat səlahiyyətlisinin olduğuna dair şübhəsini açıqlayıb. Çelikkol Türkiyənin Orta Şərqdəki nüfuzunun artmasından narahat olan Misirin Türkiyə-İsrail əlaqələrini gərginləşdirmək üçün cəhd edə biləcəyinə diqqət çəkib.

Çelikkolun Misirlə bağlı şübhələnməsinə səbəb olan hadisə isə “Mavi Mərmərə” gəmisində olan sərnişinlərin azad edilməsi zamanı baş verib.

Keçmiş səfirin yazdığına görə, bir misirli Türkiyəyə getməyə hazırlaşan təyyarədən son anda enib. “Daha sonra aldığımız bəzi məlumatlar bu adamın Misir kəşfiyyat təşkilatının üzvü olduğuna və Qahirədən gələn təlimatla təyyarədən endiyinə işarə edirdi” yazan Çelikkol Misir kəşfiyyatının rəhbəri Ömər Süleymanın hadisənin bir həftə əvvəl İsrailə gəldiyini qeyd edib. Keçmiş səfirin fikincə, səfər zamanı “Mavi Mərmərə” mövzusundan da danışılıb: “Ömər Süleymanın bu səfəri zamanı “Mavi Mərmərə” mövzusunu müzakirə edilməsi və gəmidə misirli bir kəşfiyyatçının olması Misir kəşfiyyatının İsrailə gəmi, gəmidə olanlar, hətta gəmidə silah və silahlı milislər olduğu barədə səhv məlumatlar vermə ehtimalını da ortaya çıxarır. İsrail hərbçiləri də gəmi silah tapa bilməyəndə çaşıb qalmışdılar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm