• USD 1,7000 0,00% EUR 1,9978 -0,46%
    • GBP 2,2839 -0,56% RUB 0,0273 0,00%

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 248-ə çatdı (YENİLƏNİR) - FOTO/VİDEO

  • Dünya
  • Xəbərin vaxtı: 19 Sentyabr 2017 23:48    Yeniləndi: 20 Sentyabr 2017 10:14
  • 777 Baxış
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 248-ə çatdı (YENİLƏNİR)

Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puentenin məlumatına görə, ölənlərin sayı 248-ə çatıb.

Ölənlərin 72-si Morelos, 117-si Mexiko, 43-ü Puebla, 12-si Edomekse, 3-ü isə Qerero ştatının sakinləridir.

***

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb. Bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente bildirib.

“Hazırda 139 nəfərin ölməsi barədə məlumatımız var: 64 nəfər – Morelos ştatında, 36 – Mexikoda, 29 – Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerero ştatında ölüb”, - deyə Luis Felipe Puente bildirib.

Foro TV telekanalı isə təbii fəlakət zamanı 143 nəfərin öldüyünü iddia edir.

"Daily Mail" sə ölənlərin sayının 149 nəfər olduğunu yazıb.

Qeyd edək ki, yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb.

Zəlzələ zamanı əhali arasında çaxnaşma yaşanıb, sakinlər dərhal binaları tərk edib, yollarda uzun tıxaclar yaranıb. Zəlzələdən sonra yanğınlar, dağıntılar olub, uçqunlar altında insanların qaldığı bildirilir.

***

Meksikada baş verən zəlzələ nəticəsində 42 nəfərin öldüyü bildirilir.

***

Meksikanın cənubunda 7.1 bal gücündə zəlzələ baş verib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bütün binalar, restoranlar və digər obyektlərdə olan insanlar təxliyyə edilib. Küçələrə axışan əhali təşvişə düşüb. Bəzi küçələrdə güclü tıxaclar yaranıb.

Mexiko Beynəlxalq Hava Limanının da fəaliyyətini dayandırdığı bildirilir.

Pərviz

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>