• USD 1,7000 0,00% EUR 2,0016 +0,19%
    • GBP 2,2805 -0,15% RUB 0,0276 +1,09%

Putinin İspaniya torpaqlarının bölünməsində əli var - İDDİA

  • Dünya
  • 20 Sentyabr 2017 10:46
  • 480 Baxış
Putinin İspaniya torpaqlarının bölünməsində əli var - İDDİA

Rusiya Prezidenti Vladimir Putin İspaniyanın daxili işlərinə qarışmaqda günahlandırılıb.

Publika.az xəbər verir ki, rəsmi Moskva Kataloniyanın müstəqilik referendumunun hazırlanmasında və İspaniya torpaqlarının bölünməsində marağı olması ilə ittiham edilir.

Bu ittiham İspaniya mediasında yer alıb. “El Confidencial” qəzetində dərc edilən məqalədə Kremlin illərdir Kataloniyanın müstəqillik mübarizəsinə dəstək verdiyi və bunun Avropa İttifaqını zəiflətmək strategiyasının bir parçası olması iddia edilib. Rusiya Kataloniya müstəqilliyinə dəstəyini beynəlxalq “VikiLiks” haker saytının qurucusu Culiyan Assanj vasitəsilə göstərdiyi bildirilib.

Qəzet bu iddiasına sübut da gətirib. O, dəlil olaraq 1990-cı illərdə V.Putin ilə əlaqəsi olan ABŞ konqresinin nümayəndəsi Dana Rohrabaçerin C.Assanj və Kataloniya rəhbəri Çarlz Puiqdemont ilə keçirdiyi görüşləri göstərib.

Lakin qəzetin Putin haqqında qaldırdığı iddialar oxucularda kinayə doğurub.

İspaniyalı vəkil Romero Diaz isə ittihamları yalanlayaraq, Putinin bütün pisliklərdə günahlandırılmasını dəlilik adlandırıb. O, Kataloniya müstəqilliyinə dəstək verənlərin Rusiya deyil, qərb ölkələri olduğunu vurğulayıb. Vəkil dəstək verənlər arasında, xüsusilə, Latviya və ABŞ siyasətçilərinin adını çəkib.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>