Puerto-Riko adası "Mariya" qasırğa nəticəsində tamamilə İŞIQSIZ QALDI
Bizi izləyin

Dünya

Puerto-Riko adası "Mariya" qasırğa nəticəsində tamamilə İŞIQSIZ QALDI

Puerto-Riko adası "Mariya" qasırğa nəticəsində tamamilə işıqsız qalıb.

Publika.az "RİA Novosti"yə sitinadən bildirir ki, bu barədə məlumatı fövqəladə hallar xidmətinin rəhbəri Abner Qomes yayıb.

O, bildirib ki, hazırda adanın 100 faizi elektik enerjisiz qalıb. O, qasırğanın qarşısına çıxan hər şeyi məhv etdiyini də dilə gətirib.

Qeyd edək ki, hazırda "Mariya" qasırğası 3-cü dərəcəyə qədər zəifləyib və Dominikan respublikası istiqamətinə yön alıb. Qasırğanın episentrində küləyin sürəti saatda 185 kilometrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm