Moskva Vaşinqtona uduzur
Bizi izləyin

Dünya

Moskva Vaşinqtona uduzur

ABŞ Rusiyaya qarşı əhəmiyyətli hərbi üstünlük qazanmağa tədricən yaxınlaşır.

ABŞ Rusiyaya qarşı əhəmiyyətli hərbi üstünlük qazanmağa tədricən yaxınlaşır.

Publika.az - ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın aerokosmik və qabaqcıl hərbi sənaye istehsalçısı olan “Lockheed Martin” şirkətinin istehsal etdiyi “Aegis Ashore” hava hücumundan müdafiə sisteminin yeni versiyası uğurla sınaqdan keçirilib.

“Aegis”in bu versiyası tezliklə Rumıniya və Polşa dəniz sahillərindəki gəmilərə yerləşdirilərək raket əleyhinə güclü çətir yaradılacaq. Bununla da Vaşinqton Rusiyanın qitələrarası ballistik raketlərinin məhv edilməsi üçün önəmli addım atmış olacaq.

“Biz Rumınıyada yerləşdiriləcək bir sistemi sınaqdan keçirdik”, - Pentaqonun nümayəndəsi polkovnik Stiv Uorren bildirib. Hərbi proqramın reallaşdırması üzrə ABŞ-ın ən böyük lobbi qrupunun rəhbəri Rik Ellisonun fikrincə, bu sınaq NATO-nun Avropada quracağı raketdən müdafiə sisteminin təxminən 800 milyon dollar başa gələcəyini göstərib.

Keçirilən son sınaqlardan sonra “Aegis” raketdən müdafiə sistemlərindən yalnız dənizdə deyil, həm də quruda istifadə etmək mümkün olacaq. Hazırda dünyanın müxtəlif yerlərində xidmət aparan ABŞ gəmiləri, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Böyük Britaniya, Fransa, Niderland və başqa dövlətlərin Hərbi-Dəniz Qüvvələrinin silahlandırılmasına “Aegis BMD” sistemi daxil edilib.

Rusiya Strateji Tədqiqatlar İnstitutunun əsas məsləhətçi Vladimir Kozin “Aegis Ashore” raketdən müdafiə sisteminin Rumınıyanın cənubundakı Deveselu hərbi hava bazasında qurulacağını bildirib. Belə ki, artıq keçən ilin oktyabr ayında sistemin qurulmasına başlanılıb. Plana görə, Rumınıya ərazisində idarə olunan 24 ədəd “Standard Missile 3” (SM-3) raketi yerləşdiriləcək. Polşada da - Baltika dənizinin sahili yaxınlığında “Aegis Ashore” sistemi çərçivəsində 24 raket yerləşdiriləcək. Sistem Rumınıyada 2015-ci il, Polşada isə 2018-ci ildə fəaliyyətə başlayacaq.

V.Kozin vurğulayıb ki, Avropada sözügedən sistemlərindən müasir Amerika nüvə doktrinasında nəzərdə tutulduğu kimi nüvə zərbəsinin birinci vurmaq üçün istifadə edilə bilər. Şərqi və Cənubi Avropa ərazisində Pentaqon artıq beş hərbi baza qurub.

“Hzırda Rusiya və ABŞ raketdən müdafiə sistemləri barədə rəsmi danışıqlar aparmırlar. On iki il davam edən konsultasiyaların hər hansı bir nəticəsi olmadı. ABŞ və SSRİ 1972-ci ildən raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması barədə müqavilədən çıxışdan sonra Vaşinqton faktiki olaraq qlobal sistemin yaradılması

Oxumağa davam et
Reklam
Reklam

Gündəm