Melaniya Trampın geyimi ETİRAZLA QARŞILANDI
Bizi izləyin

Dünya

Melaniya Trampın geyimi ETİRAZLA QARŞILANDI

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın BMT-nin ümumi iclasındakı çıxışı zamanı geyindiyi paltar sosial mediada gündəm olub.

Publika.az xəbər verir ki, birinci xanımın geyindiyi 3000 dollar dəyərindəki geyim “Villi Vonka və Şokolad fabriki” filmindəki Delpozo obrazının geyiminə bənzədilib.

BMT-də “Zorbalığın təhlükələri və uşaqlar üçün faydalı örnəklər” başlıqlı nitqi ilə çıxış edən birinci xanımın bahalı geyimi izləyicilərdə qıcıq yaradıb. Sosial şəbəkə istifadəçiləri “minlərlə dollar qiyməti olan paltar geyinən M.Tramp “heç bir uşaq aclıqdan əziyyət çəkməməlidir” deyir”,- deyə birinci xanımı tənqid ediblər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm