Dünya
Rusiya hərbiçilərini Suriyada kim satır? - ŞOK DETALLAR
Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəhbərliyi Amerika xüsusi xidmət orqanlarını Suriyada döyüşçülərə birbaşa yardım göstərməkdə ittiham edib.
Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoyun sözlərinə görə, döyüşçülər sentyabrın 19-da bir gün ərzində müdafiəni 12 kilometr dərinliyə qədər yarmağı bacarıblar.
Onların əsas məqsədlərdən biri təhlükəsizlik zonasına nəzarət üçün açılmış hərbi polis bölməsinin tutulması idi. Rusiyalılardan ibarət 29 hərbiçi bir neçə saat ərzində “An-Nüsra” Cəbhəsinin hücumunu dəf edə bilib. Rusiya qırıcılarının köməyi ilə təşkil edilən əks hücum nəticəsində bir gün ərzində terrorçuların 187 obyekti, həmçinin təxminən 850 terrorçu, 11 tank, 4 BMP, 46 pikap, 5 minaatan, 20 yük maşını və 38 silah anbarı məhv edilib.
General Rudskoy iddia edir ki, Rusiyanın hərbi itkiləri yoxdur və yalnız üç yaralı var. Döyüşçülərə ABŞ tərəfindən kömək göstərildiyi bildirilsə də, Rudskoy təfərrüatları açıqlamayıb.
Ancaq “Kommersant”ın hərbi idarədəki mənbəsinin sözlərinə görə, Amerika tərəfi İdlibdə Suriya və Rusiya qoşunlarının yerləşməsi haqqında məlumatın döyüşçülərə ötürülməsində şübhəli bilinir.
Pentaqon isə sözügedən ittihamları rədd edib.
Əlavə edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu İdlibdəki vəziyyətlə əlaqədar olaraq Belarusa planlaşdırılmış səfəri ləğv edib.
Ömər Dağlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO