İki nüvə dövlətinin sərhədində TOQQUŞMA: 6 ölü, 26 yaralı
Bizi izləyin

Dünya

İki nüvə dövlətinin sərhədində TOQQUŞMA: 6 ölü, 26 yaralı

Pakistan-Hindistan sərhədində növbəti hərbi qarşıdurma baş verib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, hind əsgərlərinin atəş açması nəticəsində 6 Pakistan hərbçisi həlak olub, 26-sı yaralanıb.

Hadisə Hindistanın Pəncab ştatı ilə sərhəd bölgəsində baş verib. İslamabadın versiyasına görə, hind sərhədçiləri Pakistan ərazisinə atəş zamanı minaatanlardan istifadə ediblər.

Hərbi mənbələrə istinadən eyni zamanda hind KİV-i bildirir ki, atəş ilk olaraq Pakistan hərbçiləri tərəfindən açılıb.

Qeyd edək ki, hər iki dövlət nüvə silahına malikdir. Analitiklər hesab edir ki, ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma faciəli nəticələr doğura bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm