Yarım milyondan çox insan Ermənistanı tərk edib – Statistika
Bizi izləyin

Dünya

Yarım milyondan çox insan Ermənistanı tərk edib – Statistika

Yarım milyondan çox insan Ermənistanı tərk edib – Statistika

Ermənistanda səfərdə olan Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski yerli jurnalistlərə açıqlamasında hazırda Rusiyada 502 min 994 Ermənistan vətəndaşının olduğunu bildirib.

Onun sözlərinə görə, ötən il 677 min Ermənistan vətəndaşı Rusiya ərazisində azı bir dəfə olub. “Axar.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, ermənilər ən çox Moskva, Vladikavkaz və Krasnodarda qeydiyyata alınıblar.

Romodanovskinin sözlərinə görə, Ermənistandan işçi axını 2009-cu ildən 69 faiz artıb:

“Sizin işçilərin əksəriyyətinin Rusiyaya getməsinə baxmayaraq, İrəvanda da bəzi tikililər görürəm və bu məni sevindirir”.

Rusiya Miqrasiya Xidmətinin rəhbəri statistikaya toxunaraq 2011-ci ildə Rusiyadan Ermənistana 1,2 milyard, 2012-ci ildə 1,4 milyard, nəhayət 2013-cü ildə isə 1,8 milyard dollar vəsaitin köçürüldüyünü xatırladıb. Qeyd edək ki, rəsmi mənbələrdə 3,1 milyon nəfər əhaliyə malik Ermənistan əhalisinin 502 min 994 nəfəri, yaxud 16,7 faizi Rusiya ərazisindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm