Baş nazir: “Ölkəmin zülmkar keçmişindən utanıram”
Bizi izləyin

Dünya

Baş nazir: “Ölkəmin zülmkar keçmişindən utanıram”

Kanadanın baş naziri Castin Trudeau BMT-nin 72-ci ümumi iclasında debüt edib.

Publika.az xəbər verir ki, o, çıxışı zamanı hökumətin yerli xalqı istismar edərək alçaltdığını deyib.

Baş nazir daha əvvəl də yerli xalqlara edilən zülmləri gündəmə gətirmişdi.

Bu məsələni bir daha BMT-dəki çıxışında dilə gətirən baş nazir istismar və müstəmləkəçiliyin yaxşı təhsil və təmiz su kimi tələbatlara ehtiyac duyan Kanadanın yerli xalqına zərər verdiyini bildirib.

Kanadanın bu keçmişini böyük utanc mənbəyi adlandıran baş nazir ədalətsizlikləri düzəltmək və yerli xalqa daha yaxşı yaşayış şəraiti təmin etmək üçün layihələrə imza atacağını qeyd edib.

Trudeau hələ 2015-ci ildə vəzifəsinə başlayarkən Kanadada yaşayan aborigen xalqlarla hökumətin münasibətlərini nizamlamağı öz öhdəsinə götürmüşdü.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm