Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı
Bizi izləyin

Dünya

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından vaxtından əvvəl çıxışı haqqında şayiələri təkzib edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, baş nazir Londonun qurumu planlaşdırılan tarixdə - 2019-cu ilin martında tərk edəcəyini bildirib.

Bundan başqa, o, Avropa İttifaqına təhlükəsizlik sahəsində yeni strateji müqaviləni bağlamağı təklif edib.

Qeyd edək ki, Böyük Britaniya 2019-cu il 29 mart tarixindən gec olmayaraq – Breksitin başlanmasından düz 2 il sonra Avropa İttifaqını tərk etməlidir. Krallığın ittifaqdan çıxışının şərtləri danışıqların növbəti raundu sentyabrın 25-də başlanacaq. London danışıqlarda Avropa İttifaqına qurumu tərk etdikdən sonra həyata keçirəcəyi xarici siyasət strategiyasını tədqim edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm