Daha bir dövlət Rusiya qazından imtina edir
Bizi izləyin

Dünya

Daha bir dövlət Rusiya qazından imtina edir

Rusiyadan təbii qazın idxalı 2022-ci ildə dayandırılacaq.

Polşa Rusiya təbii qazının idxalını dayandırmaq niyyətindədir.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu Polşanın Xarici İşlər Nazirliyinin başçısı Vitold Vaşikovski bildirib.

“Polşa Ukrayna və ya Belarus rolunda olmaq istəmir. Onlar Moskvanın siyasi təzyiqinə məruz qalırlar”, - nazir deyib.

Onun sözlərinə görə, Rusiyadan təbii qazın idxalı 2022-ci ildə dayandırılacaq. Məhz həmin il Rusiya - Polşa qaz müqaviləsinin müddəti bitir.

Qeyd edək ki, daha əvvəl Ukrayna Rusiya qazından imtina etdiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm