20 min əsgər SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə BAŞLAYA BİLƏR
Bizi izləyin

Dünya

20 min əsgər SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə BAŞLAYA BİLƏR

Türkiyə, Rusiya və İranın iştirakı ilə Astana sammitində qəbul olunan qərarlar çərçivəsində Suriyada yaxın günlərdə günişmiqyaslı əməliyyatın keçirilməsi planlaşdırılır.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bir neçə gün ərzində başlayacaq İdlib əməliyyatı üçün 20 min əsgər sərhəddə hazır vəziyyətdə saxlanılır.

Məlumata görə, “Əl-Qaidə” terror təşkilatına bağlı olan “Heyet Tahrir Şam” qruplaşması Türkiyə ordusunun hərəkət edəcəyi ehtimal olunan yolları minaladığı üçün alternativ yollar açılır. Əməliyyat planı gizli saxlanılır. Türkiyə ordusunun İdlib ətrafında “Heyet Tahrir Şam” qruplaşması ilə toqquşma ehtimalı nəzərdən keçirilir.

Bu gün isə Türkiyə Böyük Millət Məclisində İraq və Suriya üzrə qanun layihəsinə baxılacaq. Layihəyə əsasən Suriya və İraqda hərbi əməliyyatların keçirilməsi üçün hökumətə verilən icazənin müddəti daha 1 il uzadılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm