Yeltsinin transseksual övladı Putini devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-a MÜRACİƏT
Bizi izləyin

Dünya

Yeltsinin transseksual övladı Putini devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-a MÜRACİƏT

Özünü Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin kəbinsiz uşağı adlandıran transseksual Aleksandr Selyaninova Properm.ru redaksiyasına məktub göndərib.

Publika.az xəbər verir ki, məktubda ABŞ Konqresinə müraciət yer alıb.

Transseksual 2018-ci ildə Rusiya prezidenti olmaq üçün Konqresdən kömək göstərilməsini xahiş edib.

“Yalnız yüksək vəzifə tutan və böyük kapitala malik olan şəxslər irəli gedə və seçkilərdə iştirak edə bilərlər. Bundan başqa, həmin şəxs cənab Putinə (Rusiya prezidenti Vladimir Putin – red.) loyal olmalıdır. Mən bunun qəti əleyhinəyəm. Mən sadə insanların arasında yaşayıram və onların əhval-ruhiyyəsini bilirəm. Onlar hakimiyyət və Rusiya kütləvi informasiya vasitələrləri tərəfindən elan edilən fikirləri bölüşmürlər”, - məktubda deyilir.

Rusiya Federasiyasının prezidenti postuna “namizəd” seçkiqabağı proqramını da açıqlayıb:

- böyük dövlət mülkiyyətinin özəlləşdirilməsinin yoxlanılması

- böyük mülkiyyətin milliləşdirilməsi

- böyük torpaq sahələrinin əldə edilməsinin ləğv edilməsi

- torpaqların Rusiya vətəndaşlarının pulsuz və müddətsiz istifadəsinə verilməsi

- hakimiyyətin bütün qollarına nəzarət üçün xalq nəzarəti institutlarının yaradılması

- bütün mülkiyyət formalarının real bərabərliyinin təmin edilməsi.

- sosial quruluşunun dəyişdirilməsi üzrə referendumun keçirilməsi

- xalq mülkiyyətinin mənimsənilməsinə görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb olunması

Aleksandr Selyaninova 1992-ci ilin yanvarında cinsiyyətini dəyişdirərək qadın olub. O daha əvvəl orduda xidmət edib, şaxtada və Berezniki şəhərinin cinayət axtarışı şöbəsində işləyib. Aleksandr güc strukturlarından uzaqlaşdırılandan sonra ictimai-siyasi fəaliyyətlə məşğul olub. Rusiya Liberal Demokratik Partiyası və Kommunist Partiyasının yerli bölmələrinin üzvü olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm