Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ
Bizi izləyin

Dünya

Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

Ukraynanın Donetsk şəhərində “Donetsk Xalq Respublikası” separatçı qurumun “vergilər naziri” Aleksandr Timofeyevə sui-qəsd təşkil edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda separatçı qurumdakı mənbə bildirib.

“İki partlayış baş verib. DXR-in vergilər nazirinə sui-qəsd edilib. Onun vəziyyəti kritikdir”, - agentliyin həmsöhbəti deyib.

Məlumata görə, hadisə Donetskin mərkəzində, Sülh prospektində baş verib. Hazırda hadisə yeri mühasirəyə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm