Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR
Bizi izləyin

Dünya

Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR

“Qadınlar axmaq olduqlarına görə maşın sürə bilməz”.

Publika.az xəbər verir ki, bu sözləri Səudiyyəli din xadiminə deyib.

Fikirləri cəmiyyətdə birmənalı qarşılanmayan din xadim Şeyx Hacəriyə moizə oxumaq qadağan edilib.

Din xadiminin bu fikirlərini səsləndirdiyi video görüntülər qısa zamanda insanlar arasında yayılıb. Həmin görüntülər o, qadınların kişilərdən daha az beyin hüceyrələrinə sahib olduğunu bildirib.

Bununla kifayətlənməyən Şeyx deyir ki, qadınlar yarım beyinlə dünyaya gəliblər və alış-verişə başladıqdan sonra bu qabiliyyətləri ¼-ə enir. Daha sonra o, yarım beyinli insana avtomobil sürməyə icazə verilərmi?" - deyə sual edir.

Qeyd edək ki, Səudiyyə ərəbistan qadınlara sərbəst maşın sürmək icazəsi verməyən tək ölkədir. Ölkə qanunlarına görə maşın sürərkən qadın polis tərəfindən saxlanılsa, həbs edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm