BELƏSİ OLMAMIŞDI: 5 yaşlı uşaq maşını qaçırdı və qəza törətdi
Bizi izləyin

Dünya

BELƏSİ OLMAMIŞDI: 5 yaşlı uşaq maşını qaçırdı və qəza törətdi

Rusiyanın Voronej vilayətində Borisoqlebsk polisi Boqan kəndinin 47 yaşlı sakininə cinayət işi açıb.

Publika.az xəbər verir ki, cinayət işinin motivinə təəccüblənməmək olmur. Sakin 5 yaşlı oğlunun maşını qaçıraraq qəza törətməsində ittiham olunur.

Hadisə sentyabrın 11-də baş verib. Səhər tezdən 5 yaşlı uşaq minik avtomobilinin sükanı arxasında oturaraq, maşını hərəkətə gətirib və dayanmış vəziyyətdə olan iki maşını əzib.

Maraqlısı burasındadır ki, hadisə yerinə gələn polis maşının salonunda 5 yaşlı uşağı görüb və onun yanında heç kim olmayıb. Maşın isə uşağın valideynlərinin yox, başqa adamın olub. Sadəcə olaraq sahibi açarı maşının üstündə qoyub gedib.

Hadisə nəticəsində uşaq xəsarət almayıb.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm