Nazir Trampı psixi xəstə adlandırdı
Bizi izləyin

Dünya

Nazir Trampı psixi xəstə adlandırdı

Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo BMT-nin tribunasında çıxış edərkən ABŞ prezidenti Donald Trampı "böyüklük" iddiası olan psixi xəstə adlandırıb və ona "nüvə düyməsini" tapşırmağın təhlükəli olduğunu söyləyib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Absurd reallıq ondan ibarətdir ki, Tramp kimi özündənrazı birisi, böyüklük iddiası olan psixi xəstə, hansını ki, ABŞ-da "Bəla başkomandan", "yalançı kral" və "şeytan prezident" adlandırırlar, prezident vəzifəsini icra edir", - deyə o bildirib.

XİN rəhbərinin sözlərinə görə, dünya üçün əsas təhlükə ondan ibarətdir ki, belə bir insanın əli "nüvə düyməsinə" çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm