Meksikada ölənlərin sayı 319 nəfərə çatdı
Bizi izləyin

Dünya

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

Meksikada dağıdıcı zəlzələ qurbanlarının sayı 319 nəfərə çatıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın mülki müdafiə qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente öz "Twitter" səhifəsində yazıb.

"Ümumi ölənlərin sayı 319 nəfərdir: 181 nəfər Mexikoda, 73 nəfər Morelos ştatında, 45 nəfər Puebledə, 13 nəfər Mexiko ştatında, 6 nəfər Qerreroda, 1 nəfər isə Oaxakedə ölüb", - deyə o yazıb.

Yeraltı təkanlar Meksikada həftə ərzində davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm