Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı
Bizi izləyin

Dünya

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

Sürücü hadisə yerindən qaçıb.

Tanzaniyada sərnişinləri daşıyan avtobus yol qəzasına uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına istinadən "Sinxua" məlumat yayıb.

Bildirilir ki, yol qəzası ötən gün axşam Ruvuma vilayətində qeydə alınıb. 44 nəfəri aparan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Nəticədə azı 2 nəfər ölüb, daha 42 nəfər yaralanıb. Sürücü hadisə yerindən qaçıb.

İlkin fərziyyəyə görə, qəza ehtiyatsızlıq səbəbindən baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm