Ankaradan Bərzaniyə qarşı İLK ADDIM
Bizi izləyin

Dünya

Ankaradan Bərzaniyə qarşı İLK ADDIM

Türkiyə Şimali İraq kürd muxtariyyətində bu gün keçirilən referendumla əlaqədar olaraq Habur sərhəd keçid məntəqəsini birtərəfli bağlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, TIR-ların yalnız Türkiyədən Şimali İraqa keçməsinə icazə verilir.

Kürd muxtariyyətinin başçısı Məsud Bərzani daha əvvəl verdiyi bəyanatlardan birində bildirmişdi ki, Türkiyənin sərhədi bağlamayacağına ümid edir.

Qeyd edək ki, Türkiyə və beynəlxalq cəmiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, bu gün Şimali İraq kürd muxtariyyətində müstəqillik referendumu keçirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm