Ölkənin kriminal regionların TOP-10-luğu açıqlandı – SİYAHI
Bizi izləyin

Dünya

Ölkənin kriminal regionların TOP-10-luğu açıqlandı – SİYAHI

Rusiyanın Baş Prokurorluğu ölkənin “ən kriminal” regionlarının top-10-luğunu açıqlayıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskva şəhəri və Moskva vilayəti reytinqin liderləridir.

2017-ci ilin birinci altı ayı ərzində cinayətlərin sayına görə paytaxt liderdir. Göstərilən dövr ərzində Moskvada 72 min cinayət törədilib. İkinci yeri Moskva vilayəti tutub. Burada 6 ay ərzində törədilən cinayətlərin sayı 43 mindən çoxdur. İlk üçlüyü 33 min cinayətlə Krasnodar vilayəti bağlayır.

Sonrakı yerlərdə Çelyabinsk, Başqırdıstan, Rostov, Tümen, Sverdlovsk və Kemerovo qərarlaşıb. Cinayətlərin sayına görə onluğu 25 mindən çox cinayətlə Krasnoyarsk diyarı bağlayır. 24 mindən çox cinayət ilə Sankt-Peterburq onluqdan kənarda qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm