ABŞ Putini devirmək üçün hərəkətə keçir - RƏSMİ BƏYANAT
Bizi izləyin

Dünya

ABŞ Putini devirmək üçün hərəkətə keçir - RƏSMİ BƏYANAT

Vaşinqton Rusiyada prezident seçkiləri ərəfəsində etiraz aksiyalarını maliyyələşdirə bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergeyi Ryabkov bildirib.

“İstisna etmirik ki, Vaşinton seçkilər ərəfəsində etiraz aksiyalarının dəstəklənməsi üçün əhəmiyyətli maliyyə vəsaitini göndərməyə çalışacaq”, - agentlik diplomatdan sitat gətirib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi başqa hakimiyyət orqanları ilə birgə 2018-ci ilin martında planlaşdırılmış seçkilərə ABŞ tərəfindən müdaxilənin istənilən cəhdlərinə qarşı duracaq.

Sergey Ryabkov proqnozlaşdırıb ki, seçkilər yaxınlaşdıqca ölkə daxilində də vəziyyətə təsir etmək və sabitliyi pozmaq cəhdləri azalmayacaq: “Belə cəhdlər güclənəcək. Biz bu proseslə tam hazır olmalıyıq”.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci il martın 18-ə təyin edilib. Hazırkı prezident seçkilərdə iştirakını hələ təsdiqləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm