“Bu, Rusiyanın qanla ödədiyi əvəzdir” - Rusiya XİN-dən ABŞ-a REAKSİYA
Bizi izləyin

Dünya

“Bu, Rusiyanın qanla ödədiyi əvəzdir” - Rusiya XİN-dən ABŞ-a REAKSİYA

“Rusiya generalının Suriyada həlak olması Suriya münaqişəsinin nizama salınması üzrə ABŞ-ın ikiüzlü mövqeyinin nəticəsidir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib.

“Rusiyalı generalın Suriyada həlak olması Suriyada Amerika siyasətinin ikiüzlülüyü üçün Moskvanın qanla ödədiyi əvəzdir”, - rusiyalı diplomat deyib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada atışma zamanı həlak olub. Ölkənin Müdafiə Nazirliyindən verilən xəbərə görə, general-leytenant Valeriy Asapov minaatanlardan açılan atəş nəticəsində sentyabrın 24-də həlak olub. Deyr-əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.

Görünür, Moskva Suriyadakı son itkiləri gizlədə bilməyib. Belə ki, general və digər Rusiya hərbi qulluqçularının Suriyada öldürüldüyü barədə xəbəri “New Irkutsk” nəşri bir neçə gün əvvəl yazmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm