Ağ Evdə TERROR HƏYƏCANI
Bizi izləyin

Dünya

Ağ Evdə TERROR HƏYƏCANI

Amerika Birləşmiş Ştatları prezidentinin baş qərargahı olan Ağ Evdə terror həyəcanı yaşanıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Gizli Kəşfiyyat İdarəsi əməkdaşları Ağ Evin yanında silahla dolu avtomobil aşkar edib.

Avtomobilin içində 9 ədəd silah, 3 bıçaq, silahsusdurucu və müxtəlif sursatlar olub.

Rəsmi açıqlamaya görə, hadisə ilə bağlı bir şübhəli şəxs nəzarətə götürülüb.

Açıqlamada qeyd olunur ki, şübhəli Müdafiə katibi Ceyms Mattis və Milli Təhlükəsizlik Agentliyinin direktoru Mayk Rocerslə görüşmək üçün Ağ Evə gedəcəyini söyləyib. Şübhəlinin ABŞ prezidenti Donald Trampa sui-qəsd təşkil etdiyi iddia edilir.

Faktla bağlı araşdırma aparılır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm