Ərdoğan: “77 milyon bunların üzünə tüpürməlidir”
Bizi izləyin

Dünya

Ərdoğan: “77 milyon bunların üzünə tüpürməlidir”

Baş nazir Soma faciəsi haqqında danışan zaman bir neçə köşə yazarını təhqir edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Baş naziri R.T.Ərdoğan partiyasının şəhər sədrlərinin toplantısında çıxış edib. Ərdoğan Soma faciəsi ilə əlaqədar verilən açıqlamalara toxunaraq “bir qadın deyir ki, “ölənlər nə şəhiddir, nə qazi ... niyazi” deyir. 301 şəhidimizi təhqir edənlərin 77 milyon üzünə tüpürməlidir” deyib.

Ərdoğanın əsas nəzərdə tutduğu xanım “Posta” qəzetinin yazarı Yazgülü Aldoğandır. Aldoğan mədən faciəsində ölənlər haqqında bir tvit ataraq həlak olanların qarasına söyüşlü xalq deyimindən istifadə etmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm