Putin kontinental müharibəyə hazırdı - ŞOK BƏYANAT
Bizi izləyin

Dünya

Putin kontinental müharibəyə hazırdı - ŞOK BƏYANAT

“Rusiya və Belarus güclü kontinental müharibənin aparılmasına hazır olduğunu nümayiş etdirmək istəyirdi”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Kanada parlamentinin müdafiə komitəsinin sədri Stiven Fyurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, 14-21 sentyabr tarixlərində keçirilən “Qərb-2017” birgə hərbi təlimlərin son mərhələsi “nüvə triadası”nın döyüş hazırlığının yoxlanılmasına həsr edilmişdi.

“Bununla da Rusiya prezidenti Vladimir Putin güclü kontinental müharibənin aparılmasına hazır olduğunu göstərir”, - Turçinov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm