İran sərhədlərini gücləndirir
Bizi izləyin

Dünya

İran sərhədlərini gücləndirir

İran ötən gün müstəqillik referendumu keçirilmiş İraqın kürd muxtariyyəti ilə həmsərhəd qərb sərhədlərində əlavə raket sistemləri yerləşdirərək mühafizəni gücləndirib.

Publika.az xəbər verir ki, “Hətəm əl Ənbiyə” aviabazasının komandanı general Əlirza Əlhami bildirib ki, əlavə zenit-raket sistemlərinin yerləşdirilməsi İrana qarşı istənilən “təcavüz aktı”na qətiyyətli cavab verməyi təmin edəcək.

Qeyd edək ki, hazırda ölkənin qərb sərhədləri yaxınlığında hərbi təlimlər keçirilir.

İran Bağdadın xahişi ilə kürd muxtariyyəti ilə hava əlaqəsini dayandırıb və qərb sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm