Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”
Bizi izləyin

Dünya

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

Birləşmiş Ştatlar Şimali Koreya ilə hərbi münaqişəyə tamamilə hazırdır.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz ikinci varianta tamamilə hazırıq. Amma bu, bizim tərəfimizdən üstünlük verilən variant deyil”, - Amerika lideri qeyd edib.

Tramp xəbərdarlıq edib ki, hərbi qərarın kommunist ölkə üçün dəhşətli nəticələri olacaq: “Hərbi qərar Şimali Koreya üçün dağıdıcı olacaq. Əgər ondan istifadə etmək lazım olacaqsa, bunu edəcəyik”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm