Suyun qiyməti 50 dəfə artdı
Bizi izləyin

Dünya

Suyun qiyməti 50 dəfə artdı

Ukrayna hökuməti Krıma suyu əvvəlkinə nisbətən 50 dəfə artırılmış qiymətlə almağı təklif edib. Bu barədə Krımın rəsmi nümayəndəsi Vladimir Konstantinov bildirib.

Onun sözlərinə görə, Krım Ukraynadan suyun kubmetrini 6 qəpiyə alırdısa, indi həmin həcm 3 qrivenə başa gəlir. Konstantinov deyir ki, qiymətlərin kəskin artımı, büdcədən hər il əlavə 400 milyon qrivenin ayrılmasını tələb edəcək. Bununla əlaqədar olaraq, yarımadanın rəhbərliyi alternativ tapmağa çalışır.

“Hazırda biz suyu qənaətlə istifadə etməyə çalışırıq. Suvarma 59% azalıb. Bu problemi həll edə bilsək, balans yarada biləcəyik”, - deyə Konstantinov bildirib. Rəsmi Kiyev isə Krımın su təchizatına görə 1.7 milyon qriven borcunun olduğunu bəyan edib.

Hazırda Şimali Krım kanalı yarımadanın 85% əhalisini təmin edə bilir. Lakin suvarma problemi hələ də qalır. /Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm