Deputatlığa namizəd terrorçuya necə çevrildi? - Ölkəni “minalayanın" ADI AÇIQLANDI
Bizi izləyin

Dünya

Deputatlığa namizəd terrorçuya necə çevrildi? - Ölkəni “minalayanın" ADI AÇIQLANDI

Rusiya KİV-i sentyabr ayında ölkədə telefon terrorizmi dalğasının təşkilində əsas şübhəlinin adını yazıb.

Publika.az “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu, Stavropol diyarının Stepnovski rayonunun 28 yaşlı sakini Albert Abramovdur.

Oğlanın sosial şəbəkələrdə yazdığı statuslar şübhəli deyildi: kənd bayramları və yerli futbol komandasının məşqlərindən videolar, avtomobil və ya mobil telefonun təmiri haqqında suallar. Gənc insanın beynini yumağa hansı arada vaxt tapdılar? Bu sualın cavabını nə Albertin oxuduğu məktəbdə, nə də onun 2015-ci ildə yerli qanunverici orqana deputatlığa namizədliyini irəli sürdüyü partiyada bilmirlər.

Albertin 2015-ci ilin noyabrdan 2016-cı ilin yanvarına kimi sosial şəbəkədəki səhifəsində “Allah təkdir, onun şəriki yoxdur”, “Bu gün et, sabah açılmaya bilər!” kimi statuslar yazılıb.

“O, bizdə doqquzuncu sinfə qədər oxudu. Hər şey normal idi”, - Albertin pedaqoqlarından biri “Komsomoslkaya Pravda”ya danışıb.

Regionun güc strukturlarındakı mənbə qeyd edib ki, sonradan mükəmməl obrazdan heç bir iz qalmayıb. Bir ildən çoxdur ki, Stavropol sakini Suriyada döyüşçülərin tərəfində vuruşmağa gedib.

Ancaq KİV ölkənin müxtəlif şəhərlərində telefon hücumlarının təşkilatçısının kimliyini yazsa da, bu, hələ heç bir rəsmi idarədən təsdiqlənməyib.

“Federal Təhlükəsizlik Xidməti bu informasiyanı yaymayıb. İş informasiyanı tirajlayan nəşrlərin vicdanına qalır”, - Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin nümayəndəsi bildirib.

Xatırladaq, 2017-ci ilin 11 sentyabrından bütün Rusiya üzrə minlərlə obyekt - inzibati binalar, ali məktəblər, orta məktəblər və ticarət mərkəzləri “minalanıb”. Yalnız Stavropolda binalara partlayıcı qurğuların yerləşdirildiyi barədə zənglərin sayı 300-dən çox idi. Ümumilikdə, Rusiyanın 11 regionunda binalar “minalanıb”. Telefon terrorçuları hətta Çeçenistan Respublikasına qədər çatıblar. “Telefon terror”unun başlandığı 11 sentyabrda bir gün ərzində binaların minalanması barədə 242 anonim zəng edilib. Onlarla Rusiya şəhərinin anonim “minalaması” yeni texnologiyaların sayəsində mümkün olub.

Zənglər barəsində ən müxtəlif versiyalar səslənirdi: Ukraynanın “kiber müharibəsi”ndən psixi problemləri olan insanların zənginə qədər.

Qeyd edək ki, birinci “telefon terrorçusu” artıq tutulub. Amma əsas həbslər hələ irəlidədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm