5 mindən çox yaşayış məntəqəsi, 270 min kvadrat kilometr ərazi... – Türkiyəyə qarşı ŞOK PLAN
Bizi izləyin

Dünya

5 mindən çox yaşayış məntəqəsi, 270 min kvadrat kilometr ərazi... – Türkiyəyə qarşı ŞOK PLAN

İraq və Suriyanı bölməyi qarşısına məqsəd qoyan Məsud Bərzani-PKK ittifaqının növbəti hədəfi Anadoludur.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

Nəşr qeyd edir ki, Türkiyənin 270 min kvadrat kilometrlik ərazisini “Böyük Kürdüstan” xəritəsinə daxil edən Bərzani-PKK ittifaqı İraq və Suriyadan sonra Türkiyəyə hücum etməyi planlaşdırır.

Qeyd edilir ki, Ərbilin təbliğat kampaniyalarında istifadə olunan xəritələrə Muşdan Sivasa, Diyarbəkrdən İsgərdəruna qədər olan ərazilər daxil edilib. Şimali İraq kürd muxtariyyətə yaxın olan “Rudaw” telekanalı hava haqqında xəbər verərkən dəfələrlə “Böyük Kürdüstan”ın xəritəsini təqdim edib. Xəritəyə Türkiyə, İraq və İraq torpaqları ilə yanaşı, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinin bir hissəsi də daxil edilib. Təsadüfi deyil ki, Türkiyə Radio və Televiziya Ali Şurası iki gün əvvəl “Rudaw” telekanalının yayımını “Türksat”dan çıxarıb.

Hazırda İraqın 34 faizini əhatə edən və 110 min kvadrat kilometrlik ərazidə dövlət qurmaq iddiasında olan Bərzani-PKK ittifaqı Anadoludakı 5 mindən çox yaşayış məntəqəsini “Böyük Kürdüstan”ın ərazisi kimi göstərir.

Kərkükdən (İraq) Lazkiyeyə (Suriya) qədər 1450 kilometr uzunluğundakı ərazini əhatə edən xəritə Bərzani tərəfindən əslində 20 il əvvəl gündəmə gətirilib. Hələ 1990-cı illərin sonunda “Aralıq dənizinə açılmayan Kürdüstanın ölü doğulacağını” söyləyən Məsud Bərzani indi ABŞ-ın dəstəyi ilə bu hədəfə çatmağa çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm