Putin Kiyevə söz verdi
Bizi izləyin

Dünya

Putin Kiyevə söz verdi

Putin Kiyevə söz verdi

“Rusiya 25 May prezident seçkilərində Ukrayna xalqının seçiminə hörmətlə yanaşacaq”.

Publika.az - ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda çıxışında deyib.

“Biz başa düşürük ki, Ukraynada insanlar ölkənin tezliklə böhrandan çıxmasını istəyirlər. Biz də maraqlıyıq ki, Rusiyanın Qərb sərhədlərində, qardaş Ukraynada sakitlik olsun. Seçkilərdən sonra seçilmiş strukturlarla işləyəcəyik”, - Rusiya Federasiyası prezidenti əlavə edib.

Putin həmçinin ümidvar olduğunu bildirib ki, seçkilərdən sonra bütün döyüş əməliyyatları dayandırılacaq və dialoq prosesi başlayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm