• USD 1,7867 0,00% EUR 1,8959 -0,06%
    • GBP 2,1495 -1,14% RUB 0,0300 -0,33%

Putin: “Qərb Gömrük Şurası ilə işləməkdən imtina edir”

  • Dünya
  • 23 May 2014 18:36
  • 1 059 Baxış
Putin: “Qərb Gömrük Şurası ilə işləməkdən imtina edir”

Publika.az - ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda çıxışında deyib.

V.Putin qeyd edib ki, mayın 29-unda Astanada imzalanacaq Avrasiya İqtisadi İttifaqı haqqında saziş Gömrük Şurasına üzv ölkələr olan Rusiya, Belorus və Qazaxıstan üçün ilin əsas hadisəsi olacaq. O, razılaşmanın 2015-ci ildə qüvvəyə minəcəyini bildirib. “Nəticədə kapital, xidmətlər və iş qüvvəsinin azad hərəkəti üçün vahid bazar yaradılacaq, biznes imkanları genişlənəcək”, - Putin dilə gətirib.

V.Putin indiyə qədər Qərb ölkələrinin Gömrük Şurası ilə işləməkdən imtina etməsindən şikayətlənib.

“Qəribə məntiqdir, biz bütovlükdə Avropa Birliyinin ayrı-ayrı ölkələri və Brüssellə işləyirik”,- Rusiya dövlət başçısı təəccübünü gizlətməyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR