Uşaq yeməklərinə zəhər qatıldı: "10 milyon ödənməsə, proses davam edəcək"
Bizi izləyin

Dünya

Uşaq yeməklərinə zəhər qatıldı: "10 milyon ödənməsə, proses davam edəcək"

Almaniyanın cənub sərhədindəki Fraydriçşafen şəhərində marketlərdə satılan uşaq yeməklərindən zəhər tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Marketlərdə satışa çıxarılan fərqli markalara məxsus uşaq yeməklərində körpələrdə ölüm riski yaradacaq səviyyədə zəhərin olduğu aşkar edilib.

Uşaq yeməklərini istehsal edən qurumlardan məhsulları satan müxtəlif mağaza şəbəkələrinə təhdid göndərilib. Təhdid məktubunda 10 milyon avro ödənməsə, məhsullara yenidən zəhər qatılacağı bildirilib.

Almaniya polisi istintaq əməliyyatlarına start verib. Zəhər qatılan uşaq yeməkləri isə satışdan yığışdırılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm